Ginnesin Rekordlar Kitabının rəsmi “Instagram” səhifəsi Azərbaycanın stolüstü tennisçisi Nihad Məmmədov haqqında video paylaşıb.
Sesxeber.com bildirir ki, paylaşımda Məmmədovun 2026-cı ilin aprelində Bakıda, Şüa İdman Kompleksində həyata keçirdiyi rekord əks olunub.
Paylaşımda Nihad Məmmədovun 18,20 metr (59 fut 7 düym) məsafəyə ən uzun stolüstü tennis servisini yerinə yetirərək dünya rekorduna imza atması qeyd olunub.
Bununla da azərbaycanlı idmançı bu göstərici ilə adını Ginnesin Rekordlar Kitabına yazdırıb.