19
Amerikalı təqaüdçü il ərzində 1207 dəfə kinoteatra gedərək yeni dünya rekorduna imza atıb.
Sesxeber.com bildirir ki, 60 yaşlı Qlenvud Xoskins (kiçik) elə bir kinomandır ki, demək olar ki, heç bir premyeranı qaçırmır.
Orta hesabla, o, gündə üç seansda iştirak edir və müflisləşməmək üçün ayda 28 dollarlıq abunəliyə yazılıb.
Kişinin sözlərinə görə, o, heç bəyənmədiyi bir dənə də olsun yeni filmə rast gəlməyib. O, əvvəlki rekordu 430 filmlə üstələyib.