22
Azərbaycanlı karateçi Yusif Qəhrəmanlı Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 16-cı WSF Avropa Ölkələri Şotokan Karate Birinciliyində uğur qazanıb.
Sesxeber.com bildirir ki, 14-15 yaşlı idmançıların mübarizəsində 70 kiloqramadək çəki dərəcəsində çıxış edən təmsilçimiz gümüş medala sahib olub.
Yusif Qəhrəmanlı yarışa məşqçiləri Şahin və Rəşid Xudaverdiyevlərin rəhbərliyi altında hazırlaşıb.
Gənc karateçi beynəlxalq yarışda fəxri kürsünün ikinci pilləsinə yüksələrək Azərbaycanı uğurla təmsil edib.