67
“Dogue Cover Star 2026” müsabiqəsinin qalibi “Sir Spad” (Sir Spud) ləqəbli zərif levretka (kiçik italyan tazısı) olub.
Sesxeber.com bildirir ki, o minlərlə namizədi geridə qoyaraq “Vogue” jurnalının rəqəmsal üz qabığında yer almaq hüququ qazanıb.
Münsiflər heyəti təkcə şəklin gözəlliyini deyil, həm də itin xarakterini və onun “Dogue” üslubuna uyğunluğunu qiymətləndirib.
Maraqlı bir detal da odur ki, ingilis dilindən tərcümədə “spud” “kartof” deməkdir. Beləliklə, ilin ən dəbli itlərindən biri hərfi mənada “Cənab Kartof” adını daşıyır