Polşanın Borysev şəhərindəki zooparkda yaşayan 26 yaşlı David adlı suitinin payız yarpaqları üzərində həvəslə yuvarlandığı görüntülər sosial şəbəkələrdə maraq doğurub.
Sesxeber.com bildirir ki, izləyicilər kadrların süni intellektlə hazırlandığını zənn etsələr də, zoopark rəhbərliyi paylaşdığı ikinci video ilə Davidin gerçək olduğunu və yarpaqlarla oynamağı çox sevdiyini sübut edib.
Stokholmda doğulan və hazırda özünəxass xüsusi hovuzda yaşayan bu dəniz heyvanı qış aylarında gündə 10 kiloqramdan çox balıq yeyir.