UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Qarabağ” – “Vestri” (İslandiya) oyunu başlayıb.
Sesxeber.com bildirir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada ilk hissə “Qarabağ” komandasının üstünlüyü ilə bitib. İlk qolu 30-cu dəqiqədə Zakaria Savo vurub. O, dəqiq baş zərbəsi ilə topu rəqib komandanın qapısından keçirib.
İkinci qol isə ilk hissənin sonlarına yaxın vurulub. Belə ki, Abdullah Zubir rəqib oyunçudan topu alaraq birbaşa qapını hədəf alıb və artırma dəqiqələrində hesabı 2-0 edib.
Qeyd edək ki, matçın baş hakimi moldovalı FIFA referisi Roman Jitaridir.
Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 17-də baş tutacaq. Cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qlentoran” (Şimali İrlandiya) – RFS (Latviya) duelinin güclüsü ilə qarşılaşacaq.