15
“Qarabağ” komandasının UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA (Sofiya) klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə “Şerif” (Moldova) – “Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi ilə qarşılaşacaq.
Xatırladaq ki, UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin matçları 6 və 13 avqusta təsadüf edəcək.