18
FIFA 2030-cu ildə keçiriləcək dünya çempionatı ilə bağlı qərar verib.
Sesxeber.com bildirir ki, tarixdə ilk dəfə dünya çempionatı 6 ölkədə keçiriləcək. Mərakeş, Portuqaliya və İspaniya bu mundialın əsas ev sahibləri olacaqlar.
Dünya çempionatının 100 illiyi ilə əlaqədar açılış oyunları Uruqvay, Argentina və Paraqvayda keçiriləcək. Oyunlarda 2030-cu il iyunun 8-də başlayacaq və 44 gün davam edəcək. Mundiala iyulun 21-də yekun vurulacaq.
Əsas dəyişikliklərdən biri odur ki, bu turnirdə 64 komanda iştirak edəcək. Mundialın keçirildiyi altı ölkənin milliləri turnirə birbaşa vəsiqə qazanacaqlar.