62
71-ci “Avroviziya” mahnı müsabiqəsi 2027-ci ilin mayında Bolqarıstanın Burqas şəhərindəki “Arena Burgas”da keçiriləcək.
Sesxeber.com bildirir ki, bu barədə Avropa Yayım İttifaqı (EBU) və Bolqarıstan Milli Televiziyası (BNT) məlumat yayıb.
Müsabiqənin birinci yarımfinalı 11 may, ikinci yarımfinalı 13 may, finalı isə 15 may 2027-ci ildə baş tutacaq. Avroviziya ənənəvi olaraq əvvəlki ilin qalib ölkəsində keçirilir. Bu, müsabiqənin ilk dəfə Bolqarıstanda keçirilməsi olacaq.
Bolqarıstanın təmsilçisi Dara bu il “Bangaranga” mahnısı ilə qalib gəlib. Burqasda Avroviziya həftəsi çərçivəsində müxtəlif tədbirlər də təşkil olunacaq.