Egey dənizində, Mikonos adasından şimalda “Blue Star Ferries” şirkətinə məxsus Yunanıstan bayraqlı “Blue Carrier-2” yük bərəsində yanğın olub.
Sesxeber.com bildirir ki, hadisə Mikonos adasının şimalında, “Blue Car Carrier II” gəmisində qeydə alınıb.
Gəmidə təxminən 200 avtomobil, 28 heyət üzvü və 29 sərnişin olub. 57 nəfərin hamısı xilasedici qayıqlarla Tinos adasına təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Avtomobillər və digər yüklər isə bərədə qalıb.
İlkin ehtimala görə, alovlanmaya yük maşınlarından birində meydana gələn yanğın səbəb olub.
Alovun söndürülməsi üçün Yunanıstan Fövqəladə Hallar Xidmətinin 4 gəmisi və 1 helikopteri əraziyə cəlb olunub.