9
Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib.
Sesxeber.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “X” hesabında məlumat paylaşılıb.
Məlumatda qeyd olunub ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb. Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirib.
“Telefon danışığı əsnasında Azərbaycan və Türkiyə dövlətləri və xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin sarsılmaz olduğu bir daha qeyd olunmuşdur”, – deyə məlumatda vurğulanıb.