Beyləqan rayonunda fəaliyyət göstərən Xocavənd təcili tibbi yardım bölməsi artıq Xocavənd rayonunda xidmət göstərməyə başlayıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sesxeber.com-a verilən məlumata görə, bölmə fasiləsiz rejimdə fəaliyyət göstərir.
Bölmə 24/7 rejimində fəaliyyət göstərir. Xidmətin operativliyinin təmin edilməsi məqsədilə bölmə 3 təcili tibbi yardım avtomobili ilə təchiz olunub. Bölmədə tibb və qeyri-tibb işçisi olmaqla 22 nəfər əməkdaş çalışır.