29
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişinlərə müraciət edib.
Bildirilib ki, böyük sərnişin axınına baxmayaraq, avtobusların fasiləsiz fəaliyyəti təmin olunur. Nəqliyyat mübadilə mərkəzlərində hərəkətin nizamlanması Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə həyata keçirilir.
Sesxeber.com məlumata əsasən bildirir ki, sentyabrın 16-da ekspres avtobuslarla 127 mindən çox sərnişin daşınıb, təkcə “28 May” Nəqliyyat Mübadilə Mərkəzindən isə 200 mindən çox sərnişin istifadə edib.
AYNA sərnişinlərdən avtobus gözləyərkən avtomobil yoluna çıxmamağı, səkidə dayanmağı, həmçinin avtobusa minərkən növbəyə riayət etməyi xahiş edib.