48
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Giorgi Zakaraşvili ilə görüşüb.
Sesxeber.com bildirir ki, İ.Kobaxidze diplomatı yeni təyinatı münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə səfirin fəaliyyətinin Azərbaycanla strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.