Bakıda keçirilən taekvondo üzrə ölkə birinciliyi və çempionatında Göygölün İrəvan İdman Mərkəzinin yetirməsi Dərya Hüseynova 30 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
Sesxeber.com bildirir ki, bu uğur Dərya Hüseynovanı Azərbaycan çempionu edib.
Qeyd edək ki, o, Vətən müharibəsində Cəbrayıl uğrunda döyüşlərdə şəhid olan Elbrus Hüseynovun qızıdır.