Kobaxidze Paşinyanla Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsini müzakirə edib
Sesxeber.com bildirir ki, görüş BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilib.
Görüşdə Gürcüstan hökumətinin başçısı iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşdirilməsinə hazır olduğunu bildirib.
Tərəflər Gürcüstan və Ermənistan arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığı və yüksək səviyyəli siyasi dialoqu qeyd ediblər. Ticarət-iqtisadi, nəqliyyat, mədəni və xalqlararası əlaqələr üzrə əməkdaşlığın konkret nəticələr verdiyi vurğulanıb.