29
2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevirilişinə cəhd zamanı Prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd həyata keçirilməsi üçün yaradılan qruplaşmaya kömək edən daha bir nəfər ələ keçib.
Sesxeber.com bildirir ki, həmin qruplaşmanın üzvlərindən Burkay Karatepe ilə əlaqəsi olan Ö.A. saxlanılıb.
Onun B. Karatepeyə öz sim-kartını verdiyi və gizlənməsinə kömək etdiyi müəyyənləşdirilib.
Ö.A. çıxarıldığı məhkəmədə həbs olunaraq cəzaçəkmə müəssisəsinə göndərilib.