27
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili həbsxanada bu yaxınlarda ekranlara çıxan “Odisseya” filminə baxdığını və filmdə siyasi alleqoriya gördüyünü bildirib.
Sesxeber.com xəbər verir ki, Saakaşvili filmin obrazlarını Gürcüstandakı siyasi vəziyyətlə müqayisə edib.
Onun yozumuna görə, Penelopa Gürcüstandakı hakimiyyəti, adaxlılar isə gürcü müxalifətini təcəssüm etdirir. Saakaşvili özünü isə ölkəni bərpa etmək üçün geri qayıtmalı olan Odisseylə müqayisə edib.