25
Avropada davam edən anomal istilər və zəif yağıntılar nəticəsində Dunay çayının su səviyyəsi kəskin şəkildə aşağı düşüb.
Sesxeber.com bildirir ki, nəticədə Şərqi Serbiya ərazisində, Praxovo (Prahovo) kəndi yaxınlığında Üçüncü Reyxin hərbi flotiliyasının batan gəmilərinin qalıqları su üzərində görünüb.
Qeyd edək ki, 1944-cü ilin sentyabrında faşist Almaniyasının hərbi dəniz qüvvələri (Kriegsmarine) Sovet Qırmızı Ordusunun irəliləməsinin qarşısını almaq və gəmilərin ələ keçirilməsini engəlləmək üçün 200-dən çox hərbi, yük və yedək gəmisini qəsdən batırıb.