26
Dünyanın ən tanınmış investorlarından biri, milyarder Uorren Baffettin 48 ildir adi su içmədiyi məlum olub.
Sesxeber.com bildirir ki, bu barədə milyarder Bill Ekman “Equity Mates Investing” podkastında danışıb. O bildirib ki, illər əvvəl Baffettlə şam yeməyi zamanı ona su təklif edib. İnvestor isə sudan imtina edərək 48 ildir su içmədiyini söyləyib.
Məlumata görə, Baffett su əvəzinə əsasən “Coca-Cola”, xüsusilə “Cherry Coke” içir. O, daha əvvəl verdiyi müsahibədə gündə təxminən beş banka qazlı içki qəbul etdiyini açıqlayıb.