23
Qanda hemoqlobin səviyyəsinin azalması və anemiya bəzi hallarda bağırsaq xərçənginin əlaməti ola bilər.
Sesxeber.com bildirir ki, Kolorektal xərçəng uzun müddət ciddi simptomlar olmadan inkişaf edə bilər. Xüsusilə kişilərdə və 40 yaşdan yuxarı şəxslərdə səbəbi bilinməyən anemiya diqqətlə araşdırılmalıdır.
Dərinin solğunlaşması, tez yorulma, başgicəllənmə, təngnəfəslik, qarında davamlı narahatlıq və qəbizlik diqqət yetirilməli əlamətlər sırasındadır.
Mütəxəssislər belə hallarda həkimə müraciət etməyi, zərurət yarandıqda kolonoskopiya və digər müayinələrdən keçməyi tövsiyə edirlər.
Qeyd edək ki, anemiya hər zaman xərçəng demək deyil. Onun dəmir çatışmazlığı da daxil olmaqla müxtəlif səbəbləri ola bilər.