27
Müğənni Nigar Camal evində xəsarət alaraq əməliyyat olunub.
Sesxeber.com bildirir ki, sənətçi hazırda reabilitasiya prosesində olduğunu bildirib:
“Bu gün gözlənilmədən evdə xəsarət aldım. Hazırda reabilitasiya prosesindəyəm. Tezliklə ayağa qalxacağam. Köməyimə operativ çatan təcili tibbi yardım əməkdaşlarına, əməliyyatımı həyata keçirən həkimlərə və tibb işçilərinə peşəkar münasibətlərinə görə təşəkkür edirəm”.
Nigar Camal səhhəti ilə əlaqədar iyulun 31-də “The Place”də keçirilməsi planlaşdırılan konsertinin təxirə salındığını açıqlayıb. Konsertin yeni tarixi daha sonra elan ediləcək.
Müğənni yaxın günlərdə nəzərdə tutulan digər tədbirlərdə də iştirak edə bilməyəcəyini bildirib.