89
“Real Madrid”in hücumçusu Kilian Mbappe 2027-ci ilin yayında klubu tərk edə bilər.
Sesxeber.com bildirir ki, jurnalist Fransua Qalyardonun sözlərinə görə, vəziyyətdən narazı olan fransalı futbolçu karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. “Real Madrid”in onun gedişinə mane olmayacağı bildirilir.
Qeyd edək ki, Mbappe 2024-cü ildən “Real Madrid”də çıxış edir və müqaviləsi 2029-cu ilə qədərdir. Cari mövsümdə 8 oyunda 8 qol və 2 assist edib.