Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində müəllimlərin geyiminə dair tələbləri təsdiqləyib.
Sesxeber.com bildirir ki, yeni qaydalara əsasən, müəllimlərin geyimi mövsümə uyğun, təmiz, səliqəli, sadə və işgüzar üslubda olmalıdır. Geyim pedaqoji fəaliyyətə mane olmamalı və şagirdlərin diqqətini yayındırmamalıdır.
Müəllimlər həm məktəbdə işlədikləri müddətdə, həm də təhsil müəssisəsini təmsil etdikləri rəsmi və təntənəli tədbirlərdə bu tələblərə əməl etməlidirlər.
Milli-mənəvi dəyərlərlə bağlı tədbirlər zamanı isə Pedaqoji Şuranın qərarı ilə milli geyimlərdən və ya onların elementlərindən istifadəyə icazə veriləcək.
Qeyd edək ki, qərar müəllimlər üçün vahid forma tətbiqini deyil, geyimlə bağlı ümumi dress-kod qaydalarını nəzərdə tutur.
