Pakistan yerli istehsal olan “Fatah-4” yerüstü qanadlı raketinin artırılmış mənzilli versiyasının uğurlu sınaq buraxılışını həyata keçirib.
Sesxeber.com bildirir ki, müasir avionika və naviqasiya sistemləri ilə təchiz edilən raketin uzaq məsafədəki hədəfləri yüksək dəqiqliklə vurmaq imkanına malik olduğu bildirilib.
Raket təxminən 50 metr yüksəklikdə uçaraq hava hücumundan müdafiə sistemlərindən yayınmaq imkanına malikdir. Baza versiyasının mənzili 750 km, dəqiqliyi isə təxminən 5 metrdir. .
Yeni versiyanın dəqiq mənzili açıqlanmayıb. Sınaq zamanı sistemin dəqiqliyini və dayanıqlılığını artıran əlavə texniki parametrlər də yoxlanılıb.