17
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “Beniz” ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
Sesxeber.com bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən yekun iclasda hökm oxunub və Aybəniz Xəlilova 10 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən iclasda prokuror təqsirləndirilən şəxsin 11 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.