36
Dövlət İmtahan Mərkəzi (DİM) 9 avqust 2026-cı il tarixində rezidenturaya qəbul imtahanının 2-ci mərhələsini keçirəcək.
Sesxeber.com bildirir ki, bu barədə DİM məlumat yayıb.
İmtahan Bakıda DİM-in elektron imtahanlar korpusunda (Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) və Naxçıvan şəhəri 4 saylı orta məktəbdə elektron formada təşkil olunacaq. İmtahan iki növbədə keçirilir. Birinci növbə imtahan saat 10:00-da, ikinci növbə isə saat 15:00-da başlanır. İmtahan müddəti 2 saat 30 dəqiqədir.