Türkiyəli müğənni Mustafa Sandal maliyyə fondları böhranı ilə bağlı özünün və həyat yoldaşı Melis Sandalın adlarının hallanmasına münasibət bildirib.
Sesxeber.com bildirir ki, müğənni sosial şəbəkədə paylaşım edərək hər hansı fond əldə etmədiyini, satmadığını və belə bir təşkilata üzv olmadığını deyib.
Sandal 32 ildir yeganə gəlirinin musiqidən olduğunu vurğulayıb və məsələ ilə bağlı həyat yoldaşı və vəkilinin açıqlama verdiyini bildirib.