Mərakeş Kralı VI Məhəmməd, Tiznit-Daxla avtomagistralına ABŞ Prezidenti Donald Trampın adının verilməsi barədə qərar qəbul edib.
Sesxeber.com MAP agentliyinə istinadən məlumat verir ki, kral bunu Trampın prezidentliyi dövründə Mərakeş-ABŞ münasibətlərinin görünməmiş səviyyəyə yüksəlməsi və 2020-ci ildə ABŞ-nin Qərbi Sahara üzərində Mərakeşin suverenliyini tanıması ilə əlaqələndirib. Tramp isə bu addıma görə krala təşəkkür edib.
VI Məhəmməd bildirib ki, dostluq və sülhə ehtiram əlaməti olaraq krallığın ən mühüm yollarından biri “Donald Tramp şosesi” adlandırılacaq.
Uzunluğu 1 055 kilometrdən çox olan Tiznit-Daxla magistralı Mərakeşin şimalını cənub əyalətləri ilə birləşdirir, Avropa–Qərbi Afrika nəqliyyat dəhlizinin mühüm hissəsidir və kralın sözlərinə görə, Afrikanın ən uzun avtomagistralıdır.
