Cənubi Koreyada alıcılar dadlı qarpızı asanlıqla seçə bilirlər.
Sesxeber.com bildirir ki, buna səbəb mağazalarda satılan giləmeyvələrin şirinliyinin birbaşa etiketlərin üzərində qeyd olunmasıdır.
Belə ki, satışdan əvvəl meyvələr tərkibi analiz edən və şəkərin miqdarını Briks şkalası ilə qiymətləndirən xüsusi skanerdən keçirilir. Bu göstəriciyə əsasən, rəqəm nə qədər yüksəkdirsə, qarpız bir o qədər şirindir.