34
TikTok 2026-cı ilin birinci rübü üzrə “İcma Qaydalarının tətbiqi haqqında” hesabatını açıqlayıb.
Hesabata əsasən, 2026-cı ilin yanvar–mart aylarında Azərbaycanda:
- İcma Qaydalarınınn pozulmasına görə 590 mindən çox video silinib;
- Silinən videoların 99,4%-i platforma tərəfindən proaktiv şəkildə, yəni istifadəçi şikayəti daxil olmadan aşkarlanaraq aradan qaldırılıb;
- İcma Qaydalarına uyğun olmayan videoların 95,7%-i dərc edildikdən sonra ilk 24 saat ərzində silinib.
Eyni dövr ərzində TikTok qlobal miqyasda:
- İcma Qaydalarını pozan 184 milyondan çox videonu silib;
- Qayda pozuntularının 99,3%-i istifadəçi şikayəti daxil olmadan aşkarlanıb;
- Bu cür kontentin 94,4%-i dərc edildikdən sonra ilk 24 saat ərzində silinib.
Qeyd edək ki, 2025-ci il ərzində isə TikTok Azərbaycanda İcma Qaydalarının pozulması səbəbindən 3,6 milyondan çox videonu platformadan silib.