8
Bu gün axşam saatlarında Bakı metropoliteninin “Memar Əcəmi” və “20 Yanvar” stansiyaları arasındakı sahədə kişi relslərə düşüb.
Sesxeber.com bildirir ki, bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov bildirib.
Hadisə ilə əlaqədar dərhal yolun təmas relsindən gərginlik çıxarılıb. Sərnişin təlimata uyğun qatar yolundan çıxarılaraq polis əməkdaşlarına təhvil verilib.
13 dəqiqə sonra, saat 18:06-da gərginlik bərpa olunub.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Hadisə baş verən Yaşıl xətt üzrə qatarların hərəkət intervalında hazırda hər hansı yubanma müşahidə olunmur.
Dərhal təmas relsində elektrik enerjisi kəsilib. Sərnişin relslərdən çıxarılaraq polis əməkdaşlarına təhvil verilib.