Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclasında çıxış edib.
Sesxeber.com bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazir çıxışında İƏT-in Xankəndidə keçirilən 17-ci Zirvə görüşündə qəbul edilmiş strateji Xankəndi Kommünikesi və Fəaliyyət Planının icrası barədə məlumat verib. O, Bakıda və Şuşada İƏT-in Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlamasını və Şuşanın 2026-cı il üçün İƏT-in Turizm Paytaxtı kimi fəal rolunu vurğulayıb.
Ceyhun Bayramov Azərbaycanın Orta Dəhlizdə, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Limanı, həmçinin Rəqəmsal İpək Yolu vasitəsilə yaşıl rəqəmsal inteqrasiyada mühüm rolunu qeyd edib.