18
Almaniyada supermarketlər şəbəkəsi Lidl-in pilot layihəsi çərçivəsində ilk pilotsuz elektrik yük maşını yollara buraxılıb.
Sesxeber.com bildirir ki, İsveçin Einride şirkətinin istehsal etdiyi yük maşınının istismarına ilk dəfə Almaniyanın Federal Avtomobil Nəqliyyatı İdarəsi icazə verib.
Yük maşını sürücüsüz hərəkət edir, lakin zərurət yarandıqda operator uzaqdan idarəetməyə qoşula bilər.
Hazırda avtomobil gündə üç dəfə Lidl-in logistika mərkəzi ilə mağazası arasında, təxminən 400 metr uzunluğunda marşrut üzrə məhsullar daşıyacaq. Sınaq zamanı yük maşını ayrıca müşayiət avtomobilinin müşayiəti ilə hərəkət edəcək.