29
Süni intellektdən istifadə edilərək hazırlanan eksperimental rentosertib preparatının qocalma ilə əlaqəli bəzi bioloji göstəricilərə təsir etdiyi müəyyənləşib.
Sesxeber.com xəbər verir ki, “Nature Biotechnology” jurnalında dərc olunan araşdırmada 42 könüllü 12 həftə ərzində müşahidə edilib. Preparatı qəbul edən iştirakçılarda bioloji yaşla bağlı bəzi göstəricilərin azaldığı bildirilib.
Alimlər isə nəticələrin dərmanın insanlarda qocalmanı ləngitdiyini və ya ömrü uzatdığını hələ sübut etmədiyini vurğulayırlar. Preparatın effektivliyi və təhlükəsizliyinin müəyyənləşdirilməsi üçün əlavə klinik sınaqlara ehtiyac var.