50
“Hörümçək adam: Yeni gün” (“Spider-Man: Brand New Day”) Şimali Amerika (ABŞ və Kanada) kassa tarixində ən çox gəlir gətirən film olub.
Sesxeber.com bildirir ki, “The Numbers” portalının məlumatına görə, film 47 gün ərzində ABŞ və Kanadada 936,773 milyon dollar gəlir əldə edərək 936,662 milyon dollar qazanan “Ulduz müharibələri: Qüvvənin oyanışı”nı geridə qoyub.
Film ilk həftəsində dünya üzrə 1,1 milyard dollardan çox gəlir əldə edərək 2026-cı ilin ən çox qazanan ekran əsəri olub.
Filmin dünya premyerası 31 iyulda keçirilib, istehsal büdcəsi isə 225 milyon dollar təşkil edib.