ABŞ İraqdakı hərbi kontingentinin çıxarılmasının son mərhələsinə başlayıb. Bu gecə Amerika qoşunlarının ilk bölmələri ölkədə ABŞ qüvvələrinin mövcudluğunun davam etdiyi sonuncu bölgə olan İraq Kürdüstanını tərk etməyə başlayıb.
Sesxeber.com bildirir ki, təsdiqlənmiş qrafikə əsasən, Vaşinqton qoşunların çıxarılmasını tamamlamağı və hərbi missiyanı sentyabrın 30-dək başa çatdırmağı planlaşdırır.
İraqdan çıxarılan bölmələrin regionun qonşu ölkələrində, o cümlədən İordaniyada yerləşən hərbi bazalara köçürüləcəyi bildirilir.
ABŞ qoşunları 2003-cü ildəki müdaxilədən sonra fasiləsiz olaraq İraqda yerləşib.