Boliviyada elmə məlum olmayan yeni vəhşi pişik növü aşkarlanıb.
Sesxeber.com bildirir ki, “Leopardus tilcayo” adlandırılan heyvanın genomunun araşdırılması nəticəsində onun yeni növə aid olduğu müəyyənləşdirilib.
Tədqiqatçılar bunun son 100 ildə aşkarlanan ilk yeni pişik növü olduğunu bildiriblər. Heyvanın uzunluğu təxminən 45 santimetr, çəkisi isə 1,4 kiloqramdır.
Alimlər yeni metodların gələcəkdə digər naməlum pişik növlərinin də aşkarlanmasına kömək edəcəyini düşünürlər.