33
Bəzi universitetlərdə ödəniş qarşılığında diplomların ənənəvi, kağız formada da verilə biləcəyi ilə bağlı iddialar əsassızdır.
Sesxeber.com xəbər verir ki, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi bildirib.
Qeyd olunub ki, diplomların yalnız elektron formatda verilməsi nəzərdə tutulur və ödəniş müqabilində kağız diplomların verilməsi nəzərdə tutulmur.