51
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli sentyabrın 18-i saat 10:00-da Şəmkir rayon Heydər Əliyev Mərkəzində Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.
Sesxeber.com bildirir ki, bu barədə Agentlikdən məlumat verilib.
Bildirilib ki, vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq sentyabrın 17-dək qəbula yazıla bilərlər.
Qəbul zamanı Agentliyin səlahiyyət dairəsinə aid müraciətlər cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.