Rusiyanın Kazan şəhərində universitetin həyətində alman “Pantera” tankı tapılıb.
Sesxeber.com Universitetin korpusunun həyətindəki köhnə anbarın söküntü işləri zamanı alman istehsalı olan “Pantera” tankı aşkarlanıb. O xüsusi hazırlanmış çuxurda, 60 ildən artıq bir müddətdə torpağın altında qalıbmış. Tankın qülləsinə aparan pilləkənlər də toxunulmaz qalıb.
Hərbi qənimət olan bu tank əvvəllər sınaqlar üçün istifadə olunub, 1950-ci illərdə isə basdırılaraq unudulub. Zamanla bu tapıntı əsl universitet əfsanəsinə çevrilmişdi. Yaxın vaxtlarda tankın torpaq altından çıxarılaraq bərpa edilməsi planlaşdırılır.