70
Bu yay Almaniyada ekstremal yüksək temperaturlar nəticəsində 14 minə yaxın insan ölüb, həm də təxminən 10 min ölüm halı iyunun sonunda bir həftə ərzində qeydə alınıb.
Sesxeber.com bildirir ki, bu barədə Robert Kox İnstitutunun hesabatında əks olunub.
Məlumata görə, istilərlə əlaqəli 14 min ölüm halından təxminən 9600-ü Almaniyanın bəzi rayonlarında temperaturun 41 dərəcəni keçdiyi 22-28 iyun tarixləri arasında baş verib. Ən həssas qrup 75 və yuxarı yaşdakı insanlar olub.