34
Türkiyə İranın “Mahan Air” aviaşirkətinin iki ölkə arasında həyata keçirdiyi reysləri dayandıracaq.
Sesxeber.com bildirir ki, bu barədə nəşrə Türkiyə rəsmiləri bildiriblər.
Qərar “Mahan Air”in Türkiyə və İran arasındakı bütün uçuşlarına şamil ediləcək.
Buna səbəb ABŞ-nin İranın “Mahan Air” aviaşirkətinə xidmət göstərən Türkiyə şirkətlərinə qarşı sanksiyalar tətbiq etməsidir. Qərar sentyabrın 21-dən qüvvəyə minəcək.