ABŞ Prezidenti Donald Tramp Las-Veqas şəhərində keçirilən tədbir zamanı səhnədə təhlükəli vəziyyətlə üzləşən balaca uşağın yıxılmasının qarşısını alıb.
Sesxeber.com bildirir ki, bu barədə xarici KİV məlumat yayıb.
Hadisə Trampın iqtisadi siyasətini izah etmək üçün səhnəyə dəvət etdiyi ailə ilə söhbəti zamanı baş verib. Balaca uşaq qəfil səhnənin kənarına doğru hərəkət etdikdə Tramp çıxışını dayandıraraq onun arxasınca gedib və uşağı təhlükəsiz şəkildə ailəsinə qaytarıb. Bu addım tamaşaçıların alqışı ilə qarşılanıb.
Baş verənlərdən sonra Tramp zarafatla keçmiş rəqibi Co Baydenə eyham vurub:
“İstəmədim ki, o da Bayden kimi səhnədən yıxılsın”, – deyə Tramp zarafat edib
Xatırladaq ki, keçmiş prezident Co Bayden 2023-cü ildə ABŞ Hərbi Hava Qüvvələri Akademiyasının məzuniyyət mərasimində səhnədə yıxılması hadisəsi ilə yadda qalıb.