6
Azərbaycan millisinin üzvü Toral Bayramovun da formasını geyindiyi “Bursaspor” Türkiyə 1-ci liqasında yeni mövsümün ilk oyununa çıxıb.
Sesxeber.com bildirir ki, Bursa təmsilçisi səfərdə “Bodrumspor”la qarşılaşıb.
Oyun “Bursaspor”un 2:0 hesablı qələbəsi ilə başa çatıb. Toral matçın 46-cı dəqiqəsində – komandası 2:0 öndə olarkən meydana daxil olub.
Bu, Toralın “Bursaspor”da ilk rəsmi oyunu olub.
Xatırladaq ki, lənkəranlı futbolçu bu ilin iyun ayında “Qarabağ”dan “Bursaspor”a keçib.