99
Bəzi Android telefonlarının ekranında eyni vaxtda iki Wi-Fi işarəsinin görünməsi istifadəçilərdə sual yaradır. Lakin bu, adətən texniki nasazlıq deyil.
Sesxeber.com bildirir ki, həmin işarələr “Dual Wi-Fi Acceleration” funksiyasının aktiv olduğunu göstərir.
Bu funksiya telefonun eyni vaxtda iki Wi-Fi bağlantısından istifadə etməsinə imkan yaradır. Nəticədə internetin sürəti və sabitliyi arta bilər. Xüsusilə onlayn oyunlar və video izləmə zamanı faydalıdır.
Bununla belə, funksiya batareyanın daha tez tükənməsinə səbəb ola bilər.
Bu imkan əsasən “Xiaomi”, “OnePlus”, “Oppo”, “Vivo” və “Realme” markalarının bəzi modellərində mövcuddur. Onun işləməsi cihazın modelindən və proqram təminatından asılıdır.