Suriyanın xarici işlər naziri ölkənin terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarılmasını tarixi hadisə adlandırıb.
Sesxeber.com bildirir ki, Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani ölkəsinin ABŞ-nin terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarılmasını “tarixi hadisə” adlandırıb.
“Suriya xalqını bu tarixi hadisə münasibətilə təbrik edirik. Suriya 47 ildən sonra terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarılıb”, — əş-Şeybani bildirib.
Nazirin sözlərinə görə, Suriyanın bu siyahıya salınması devrilmiş rejimin siyasəti və fəaliyyətləri ilə bağlı olub və bu, “heç vaxt Suriya xalqının seçimi olmayıb və ölkənin tarixinə uyğun gəlməyib”.
ABŞ avqustun 24-də Suriyanı 1979-cu ildən bəri daxil olduğu terrorizmi dəstəkləyən dövlətlər siyahısından rəsmi olaraq çıxarıb.
