ABŞ Dövlət Departamentinin “Rewards for Justice” proqramı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksəkvəzifəli nümayəndələri barədə məlumat verənlərə 10 milyon dollara qədər mükafat, həmçinin müəyyən hallarda köçürülmə imkanı təklif edir.
Sesxeber.com bildirir ki, siyahıda SEPAH-ın baş komandanı Əhməd Vəhidi, Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının rəhbəri Əli Abdollahi, SEPAH-ın Aerokosmik Qüvvələrinin pilotsuz uçuş aparatları bölməsinin komandanı Səid Ağacani, Kiber-Elektron Komandanlığın rəhbəri Həmidrza Ləşgərayan və SEPAH Kəşfiyyat Təşkilatının rəhbəri Məcid Xadəmi yer alır.
ABŞ tərəfi bu şəxslərin SEPAH-ın müxtəlif strukturlarına rəhbərlik etdiyini və həmin bölmələrin ABŞ hərbçilərinə qarşı hücumlar və ABŞ-nin kritik infrastrukturuna qarşı kiber əməliyyatlarla əlaqəli olduğunu bildirir.
Qeyd edək ki, Məcid Xadəminin daha əvvəl öldürüldüyü barədə məlumatlar yayılmışdı, lakin ABŞ Dövlət Departamentinin hazırkı elanında onun adı hələ də yer alır.