78
“Spotify” süni intellektlə yaradılan virtual ifaçıları real musiqiçilərdən fərqləndirmək üçün onları xüsusi “AI-persona” nişanı ilə işarələyəcək.
Sesxeber.com bildirir ki, nişan ifaçıların profilində, axtarış nəticələrində və pleylistlərdə görünəcək. Sistemin geniş tətbiqinə sentyabrın ortalarında başlanılması planlaşdırılır.
“AI-persona” kimi işarələnən ifaçılar istifadəçi tərəfindən izlənilmədiyi halda platformanın redaksiya və fərdiləşdirilmiş tövsiyələrində göstərilməyəcək.