70
Bu ilin yanvar–iyul aylarında Azərbaycanda 405 min nəfərə ümumilikdə 474 milyon manat Prezident təqaüdü ödənilib.
Sesxeber.com bildirir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.
Bildirilib ki, ümumilikdə hesabat dövründə 1 milyon 68 min şəxsə 1 milyard 314 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib.